Ankarada baş verən yol qəzasında ölənlərin sayı artıb

Ankarada baş verən yol qəzasında ölənlərin sayı artıb backend

Avqustun 9-da Türkiyənin paytaxtı Ankaranın Polatlı rayonu yaxınlığında sərnişin avtobusunun körpünün dayağına çırpılması nəticəsində 9 nəfərin öldüyü yol qəzasında xəsarət alan 2 sərnişin müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, 

Qəzada ağır yaralanan Osman İleri və Musa Bayar müalicə aldıqları xəstəxanada həyatlarını itiriblər. Qəzada ölənlərin sayı 11-ə yüksəlib.

Ankarada müxtəlif xəstəxanalarda ağır yaralı 6 xəstənin müalicəsinin davam etdiyi öyrənilib.

Xatırladaq ki, Ağrıdan İzmirə hərəkət edən Çətin Karayelin idarə etdiyi "Öz Ağrı Seç Turizm" şirkətinə məxsus 04 AAV 951 nömrə nişanlı sərnişin avtobusu Ankara-Eskişehir yolunun Sincan rayonu Olukpınar məntəqəsində körpünün beton sütununa çırpılıb. 

QAZİLER.AZ

Diaspora