Bərpa işləri zamanı Moskvanın Slavyanskaya meydanında insan qalıqları olan yeddi konteyner və 37 qutu aşkar edilib.
Qaziler.az bildirir ki, bu barədə avqustun 21-də “İzvestiya”nın mənbəsi məlumat verib.
Mənbə bildirib ki, qeyri-adi tapıntı barədə polisə məlumat verilib. Onun sözlərinə görə, qalıqlar bir gün əvvəl Slavyanskaya meydanı, bina 2/5/4-də bərpa işləri aparılarkən tapılıb.
Mənbə aydınlaşdırıb ki, tapılan qalıqların XVI-XVII əsrlərə aid olması ehtimal edilir. Qalıqlar orada 50 ildən çox ola bildiyi güman edilir.
Qutu və konteynerlər morqa göndərilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
QAZİLER.AZ