İzmirdə Adnan Üstünün rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrupa qarşı “Kuyu-19” əməliyyatı keçirilib. Əməliyyat zamanı mütəşəkkil cinayətkar dəstənin üzvü olan 15 şübhəli yaxalanıb.
Qaziler.az bildirir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya yazıb.
Türkiyəli nazir hansı böyüklükdə olursa olsub bütün cinayətkar dəstələrin çökdürərək ədalətə təslim edəcəklərini bildirib.
"İzmirdə Adnan Üstün başçılıq etdiyi mütəşəkkil cinayət təşkilatına qarşı "Kuyu-19" əməliyyatı keçirilib. Əməliyyatda mütəşəkkil cinayətkar qrupa üzv olan 15 şübhəli yaxalanıb", - deyib.
Yerlikayanın verdiyi məlumata görə, İzmir Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, Kəşfiyyat və Asayişlə Mübarizə Şöbə müdirlikləri tərəfindən İzmirdə həyata keçirilən əməliyyatda Təhlükəsizlik Ümumi Müdirliyinin koordinasiyasında KOM Başkanlığı , mütəşəkkil cinayətkar dəstənin üzvləri olan şübhəlilərin cinayət törətmək məqsədi ilə təşkilat yaratmaqda, qəsdən adam öldürmədə və qəsdən adam öldürməyə cəhddə təqsirli bilinib.
Əməliyyat zamanı qanunsuz silahlar götürülüb.
QAZİLER.AZ