Rusiya Zaporojye vilayətində kafeyə zərbə endirib: yaralıların sayı artıb, ölən var

Rusiya Zaporojye vilayətində kafeyə zərbə endirib: yaralıların sayı artıb, ölən var backend

Rusiyanın Ukraynanın Zaporojye vilayətini atəşə tutması nəticəsində yaralanan uşaqların sayı 5-ə çatıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Dövlət Fövqəladə Xidməti və Milli Polisə istinadən məlumat yayıb.

Milli Polisin məlumatına görə, növü müəyyənləşdirilməkdə olan sursat ticarət köşkünün yaxınlığında düşüb.

Zərbə nəticəsində dörd uşaq xəsarət alıb: 11, 14, 15 və 17 yaşlı, 18 yaşlı qız. Hadisə yerinə gələn polis həkimləri zərərçəkənlərə yardım edib.

“15 yaşlı uşaq huşsuz vəziyyətdə rayon klinik xəstəxanasına çatdırılıb, həkimlər reanimasiya tədbirləri həyata keçirir, digər zərərçəkənlərin vəziyyəti stabildir”, - məlumatda deyilir.

Daha sonra Fedorov bildirib ki, Rusiya atəşi nəticəsində yaralanan və xəstəxanaya yerləşdirilən yeniyetmə xəstəxanada dünyasını dəyişib.

QAZİLER.AZ

Diaspora