Ukraynalı sərhədçilər Kremennayada rusiyalıların texnikasını belə məhv edib - VİDEO

Ukraynalı sərhədçilər Kremennayada rusiyalıların texnikasını belə məhv edib - VİDEO backend

Ukrayna sərhədçiləri Luqansk vilayətində Rusiya işğalçılarını və onların texnikasını məhv etməkdə davam edir. Döyüşçülər Kremennaya ərazisində dronlarla keçirilən əməliyyatı nümayiş etdiriblər.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Dövlət Sərhəd Xidmətinin Teleqramına istinadən məlumat yayıb.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, bir neçə gecədən sonra “Qisas” briqadasının sərhədçiləri ağır “Vampir” bombardmançılarından istifadə etməklə Luqansk vilayətinin Kremennaya bölgəsində işğalçıların “Tiger” markalı zirehli avtomobilini, 4 ədəd hərbi texnikasını, döyüş sursatlarını və hərbçilərin mövqelərini məhv ediblər. 

QAZİLER.AZ

 

Diaspora