Ukrayna Silahlı Qüvvələrinin polkovniki Fedor Yaroşeviç Rusiyada terrorçu və ekstremistlər siyahısına daxil edilib.
Qaziler.az bildirir ki, bu barədə avqustun 20-də Rosfinmonitorinq məlumat yayıb.
“Yaroşeviç Fedor Sergeyeviç, 06.06.1964-cü ildə Ukrayna SSR Rovno vilayəti, Smorodsk kəndində anadan olub ”, - departamentin məlumat bazasında deyilir.
2022-ci ilin aprelində Moskvanın Basmannı məhkəməsi Ukrayna Silahlı Qüvvələrinin 19-cu Raket Briqadasının komandiri Yaroşeviçi Kramatorskdakı stansiyanın atəşə tutulması işi üzrə qiyabi həbs edib. O, cinayət törətməkdə ittiham olunur.
QAZİLER.AZ