Türkiyənin Batman şəhərində yük maşını ilə furqonlu maşının toqquşması nəticəsində eyni ailədən 4 nəfər həyatını itirib. Ölən cütlük Medeni və Remziye İbanın qızlarının toyu üçün Mardinin Nusaybin mahalına getmək üçün yola düşdüyü bildirilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, qəza günorta saatlarında Batman-Kozluk avtomobil yolunun Samanyolu kəndi ərazisində baş verib. 52 yaşlı Medeni İbanın idarə etdiyi maşın yük maşını ilə toqquşub.
Qəzada eyni ailədən olan Medeni İba, Remziye İba, Neslihan İba (18) və Mensuriye Gülər həyatını itirib.
Medeni və Remziye İbanın qızlarının toyu üçün Mardinin Nusaybin mahalına getmək üçün yola düşdüyü öyrənilib. Qəza nəticəsində sürücü M.Ş.A yüngül xəsarət alıb. O, müalicəsinin ardından nəzarətə alınarkən, qəza ilə bağlı istintaq da davam etdirilir.
QAZİLER.AZ