Ali Rada fərarilərin bu halda cəzadan azad edilməsinə icazə verdi

Ali Rada fərarilərin bu halda cəzadan azad edilməsinə icazə verdi backend

Ukrayna Ali Radası müharibə dövründə hərbi xidmətin yerinə yetirilməsi və ya yerinə yetirilməsinin müəyyən edilmiş qaydasına zidd olan cinayətlərə görə cinayət məsuliyyətinin təkmilləşdirilməsi haqqında qanun qəbul edib.

Qaziler.az bildirir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko deyib.

“Əgər öz hərbi hissəsini icazəsiz tərk etməkdə şübhəli bilinən şəxs xidmət müddətini uzatmaq arzusundadırsa, bu halda o, komandirin razılığı ilə təkcə öz hərbi hissəsinə deyil, digərinə də qayıda bilər”, - deyə deputat yazıb.

Qanuna görə, hərbi vəziyyət dövründə ilk dəfə olaraq 407-ci (Hərbi hissəni və ya xidmət yerini tərk etmə), 408-ci (Fərari) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər.

Bunun üçün hərbçinin ibtidai istintaq başa çatanadək xidmət müddətinin uzadılması üçün hərbi hissəyə və ya xidmət yerinə qayıtmaq niyyətini könüllü olaraq müstəntiqə və ya prokurora bildirməsi zəruridir.

QAZİLER.AZ

Diaspora