Ermənistanın aşağı keyfiyyətli konyakla bağlı şikayətlərə CAVABI

Ermənistanın aşağı keyfiyyətli konyakla bağlı şikayətlərə CAVABI backend

Ermənistan Rusiya Federasiyasına tədarük edilən erməni konyakının keyfiyyətində müəyyən edilmiş problemlər barədə Rusiyadan rəsmi bildiriş almayıb.

Qaziler.az xəbər verir ki, bu barədə TASS Ermənistanın İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat verib. Bildirilib ki, Rusiya faktlarla tanış olduqdan sonra bu mövzuya münasibət bildirəcəklərini qeyd ediblər.

“Rusiyadan heç bir rəsmi bildiriş almamışıq”, - departamentdən bildiriblər.

Bu gün səhər saatlarında “Anti-Saxtakarlıq” beynəlxalq assosiasiyası və Konyak İstehsalçıları İttifaqı tərəfindən Rusiya mağazalarında təqdim olunan erməni konyaklarının aslan payının təhlükəli olduğu barədə araşdırma dərc edilib. Söhbət məhsulların 90%-dən gedir, sənəddə deyilir.

Qeyd edək ki, "Antikontrafakt” beynəlxalq assosiasiyası, Rusiya Federasiyasının Konyak, Spirtli içkilər və Alkoqollu Məhsullar İstehsalçıları İttifaqının birgə araşdırmasında deyilib ki, Rusiya mağazalarında satılan erməni konyaklarının demək olar, 90 %-nin təhlükəli olduğu ortaya çıxıb, eyni zamanda məhsulların yarısında üzümdən hazırlanmayan spirtlər var.

QAZİLER.AZ

Diaspora