Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin əsgərləri Kursk vilayətində keçirilən əməliyyat zamanı düşməni necə məhv etdiklərini nümayiş etdiriblər.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin Telegram kanalına istinadən məlumat yayıb.
Qeyd olunur ki, Rusiya hərbçiləri sənaye zonalarının ərazilərində, təchiz olunmuş mövqelərdə və yerli sakinlərin mülki evlərində gizlənməyə çalışır.
Yayımlanan videoda Ukrayna XƏQ bölmələrindən birinin əsgərləri əməliyyatların yalnız bir hissəsini göstərir. Onlar düşmən qüvvələrinin aşkarlanması və məhv edilməsi ilə məşğul olurlar.
“Pusular, hücumlar, artilleriyaya rəhbərlik etmək və əsir götürmək düşmən ərazisində Xüsusi Əməliyyat Qüvvələrinin operatorlarının gündəlik işidir”, - deyə məlumatda bildirilir.
QAZİLER,AZ