Qazaxıstan hakimiyyəti meymunçiçəyi xəstəliyinin ölkəyə keçməsinin qarşısını almaq üçün hava limanlarında və sərhəd keçid məntəqələrində sanitar və karantin tədbirlərini gücləndirib.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, Qazaxıstan Səhiyyə Nazirliyi infeksiyanın ölkəyə daxil olmasının qarşısını almaq üçün lazımi tədbirlər görüb və sanitar karantin məntəqələrində, o cümlədən hava limanlarında və sərhəd-keçid məntəqələrində nəzarət tədbirləri gücləndirilib.
Bundan başqa meymunçiçəyi xəstəliyinin qeydə alındığı ölkələrdən gələn vətəndaşlara isə xüsusi diqqət yetiriləcək.