Türkiyədə meşə yanğınları nəzarət altına alındı

Türkiyədə meşə yanğınları nəzarət altına alındı backend

Dörd gündən sonra yanğınsöndürənlər Türkiyənin Egey sahillərindəki İzmir vilayətində güclü meşə yanğınlarını nəzarət altına ala biliblər.

QAZÌLER.AZ  Publika.az-a istinaden xəbər verir ki, bu barede kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaqlı melumat verib.

O, bildirib ki, söhbət Qarşıyak, Urlu və Bolu (Göynük) bölgələrindən gedir.

Bazar günü "Hürriyet" qəzeti İzmirdə yanğınların dördüncü gündür davam etdiyini yazıb. Külək, yüksək rütubət və yeni ocaqların yaranması yanğınsöndürənlərin işini çətinləşdirir. Yanğınlarla əlaqədar əyalətdə ümumilikdə 4159 nəfər təxliyə edilib.

Bundan əvvəl Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri məlumat vermişdi ki, polis ölkənin qərbində və şimal-qərbində baş verən meşə yanğınlarında iştirakda şübhəli bilinərək 7 nəfəri saxlayıb.

Qeyd edək ki, Azərbaycan Prezident İlham Əliyevin göstərişi ilə meşə yanğınlarının söndürülməsi üçün Türkiyəyə texniki dəstək və canlı qüvvə göndərib.

Diaspora