Ərdoğan: Türkiyədəki hava limanlarının sayı 22 ildə 26-dan 58-dək artıb

Ərdoğan: Türkiyədəki hava limanlarının sayı 22 ildə 26-dan 58-dək artıb backend

Çukurova Beynəlxalq Hava Limanı Türkiyənin Aralıq dənizi regionunun, o cümlədən ticarət, turizm və kənd təsərrüfatı sahələrində inkişafında lokomotiv rolunu oynayacaq.

QAZÌLER.AZ  AZƏRTAC-a istinaden xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mersin vilayətində Çukurova hava limanının açılış mərasimində bildirib.

Türkiyə lideri qeyd edib ki, Adana şəhərindən 35 km, Mersin şəhərindən 49 km məsafədə yerləşən hava limanı ölkənin bütün qonşu vilayətlərinin sakinlərinə xidmət göstərmək üçün nəzərdə tutulub. “İrimiqyaslı nəqliyyat layihəsinin həyata keçirilməsinə 608,5 milyon avro xərclənib. Uçuş-enmə zolağının uzunluğu 3,5 km, eni isə 60 metrdir. Yeni hava limanında sərnişin axını ildə 9 milyon sərnişin təşkil edəcək”, - deyə Ərdoğan vurğulayıb.

Prezident elan edib ki, tezliklə Çukurova Hava Limanı Mersin – Adana - Qaziantep yüksəksürətli dəmir yolu şəbəkəsinə inteqrasiya olunacaq.

Dövlət başçısı Mersin vilayətindəki hava limanını Türkiyə mülki aviasiyasının inkişafında növbəti uğur adlandırıb. “Növbəti əhəmiyyətli layihəni Türkiyənin 85 milyonluq xalqının sərəncamına verdiyimizə görə qürur duyuruq”, - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti xatırladıb ki, hakim Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələndən (2002-ci ildə - AZƏRTAC-ın qeydi) Türkiyədəki aktiv fəaliyyət göstərən hava limanlarının sayı iki dəfədən çox – 26-dan 58-dək artıb.

Türkiyənin milli aviadaşıyıcısı olan “Turkish Airlines” şirkətinin nümayəndələri elan ediblər ki, Çukurova Hava Limanına aviareyslər artıq avqustun 11-dən həyata keçiriləcək.

Diaspora