İran parlamentinin 12-ci çağırış deputatı, İranın milli təhlükəsizlik və xarici siyasət üzrə parlament komissiyasının keçmiş üzvü Əhməd Ərdəstani Tehranın nüvə silahı əldə etdiyi ilə bağlı iddia irəli sürüb.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, siyasətçi bu qənaətə İran hakimiyyətinin İsrailə və ABŞ-ın İraqdakı bazasına hücumu hansı inamla təşkil etdiyinə əsaslanıb.
“Görünür, İran nüvə silahı əldə edib, buna görə də İsrail ərazisinə və ondan əvvəl İraqın Ayn əl-Əsəddəki Amerika bazasına hava hücumu həyata keçirə biləcəyinə belə əmin idi”, - deyə Ərdəstani bildirib.
O, qeyd edib ki, İranın həqiqətən də nüvə silahı istehsal edə bildiyinə tam inam yoxdur, lakin Tehran alimlərin bu silahı yaratmağa çox yaxınlaşdığını dəfələrlə bəyan edib. Buna cavab olaraq Amerika və Avropa hökumətləri MAQATE-nin İrandakı nüvə fəaliyyətlərini daim izləməkdə israrlıdırlar .