"Aydındır ki, Tehran nəsə etməlidir" - İntiqam planı əvvəlkilərdən fərqlənəcək?

"Aydındır ki, Tehran nəsə etməlidir" - İntiqam planı əvvəlkilərdən fərqlənəcək? backend

ABŞ HƏMAS lideri İsmayıl Haniyənin intiqamının alınmasının bölgədə gərginliyi artıracağı barədə İranı xəbərdar edib.

QAZÌLER.AZ  Publika.az-a istinaden  xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Qeyd olunur ki, ABŞ ilə İran uzun müddətdir Oman vasitəsilə danışıqlar aparır, müxtəlif mövzuları müzakirə edir:

"Aydındır ki, Tehran nəsə etməlidir, çünki qonağını evində öldürüblər. Ancaq Tehranın intiqamının əvvəlkilərdən çox da fərqlənməyəcəyi və İsrailə zərər vurmayacağı proqnozlaşdırılır.

Vaşinqton Tehranı sakitləşdirməklə yanaşı, İrana qarşı yeni sanksiyalar tətbiq etməkdən də çəkinmir. ABŞ Maliyyə Nazirliyi iyulun 30-da İran və Çindən olan 5 fiziki və 7 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Bu şəxslər İranın ballistik raketləri üçün komponentlərin alınmasına yardım edənlərdir. Bununla bağlı yayımlanan məlumatda deyilir ki, sanksiya tətbiq edilən şəxslər İranın ballistik raket və PUA proqramlarının əsas elementləri olan müxtəlif komponentlər, o cümlədən akselerometrlər və giroskoplar alıblar. ABŞ şirkətlərinə sanksiya tətbiq edilən şəxslərlə əlaqə qadağan edilib.

Vaşinqton məyyənləşdirib ki, Honq Konqda yerləşən şirkətlər İranın ballistik raket və dron istehsalı proqramları üçün zəruri komponentlər alırlar. Sifarişçi İranınn Müdafiə Nazirliyidir.

O da müəyyələşdirilib ki, Çindəki “Beijing SNTD” şirkəti birbaşa İran Müdafiə Nazirliyinin sifarişlərini həyata keçirir. Belə çıxır ki, Rusiyanın İrandan aldığı PUA-ların komponentləri Çində istehsal olunur. Rusiya eyni zamanda bu texnologiyalardan Ukrayna ilə savaşda istifadə etmək üçün ərazisində zavod da inşa edib. Ukrayna həmin zavoda bir neçə dəfə raket zərbəsi endirib"

Diaspora