Türk Hava Yolları (THY) aviaşirkəti İrana bu gecə planlaşdırdığı bütün uçuşları təxirə salıb.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, şirkət səfərlərin İsrail ilə İran arasındakı gərginlik səbəbindən müvəqqəti dayandırıldığını bildirib. THY tərəfindən İranın müxtəlif şəhərlərinə nəzərdə tutulan uçuşların avqustun 3-ü səhər saatlarından etibarən həyata keçiriləcəyi gözlənilir.