İranda dövlət televiziyası vasitəsilə bir neçə saatdan sonra bütün dünyanın görəcəyi maraqlı hadisələrin olacağı anons olunub.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, daha sonra İranın televiziya kanalları yayımını dayandıraraq hərbi himni səsləndirməyə başlayıb. Yayımda müharibə təsvirləri əks olunan görüntülər yer alıb.
Daha öncə ABŞ və İsrail kəşfiyyatı İranın İsrailə hücumunun bu gün və ya sabah başlaya biləcəyi barədə xəbərdarlıq etmişdi.
Xatırladaq ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsindən sonra İranın Ali Dini Lideri Əli Xamneyinin İsraili vurmaqla bağlı orduya əmr verdiyi ilə bağlı xəbərlər yayılmışdı.