Almaniyada çeçen səhra komandiri Zelimxan Xanqoşvilini öldürən Vadim Krasikov Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin agentidir.
Qaziler.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Krasikov Federal Təhlükəsizlik Xidmətinin əməkdaşıdır. O, “Alfa”da xidmət edib. o, prezident mühafizəsinin bir neçə əməkdaşı (Vladimir Putin – red.) ilə birgə xidmət edib”, – Peskov qeyd edib.
Onun sözlərinə görə, dünən Kreml rəhbərinin mühafizəçiləri Krasikov Almaniyadan Rusiyaya qayıtdıqdan sonra onu qarşılayıblar.
Peskov onu da açıqlayıb ki, Rusiya məhbus mübadiləsi nəticəsində Baş Kəşfiyyat İdarəsinin bir əməkdaşını da geri qaytarıb.
Eyni zamanda, Rusiya Federasiyası Prezidentinin mətbuat katibinin sözlərinə görə, Sloveniyada həbsxanadan azad edilən Artyom və Anna Dultsevlər qeyri-qanuni kəşfiyyatçı olublar.
Yeri gəlmişkən, dünən Putin mübadilə nəticəsində Rusiyaya qaytarılan hər kəsi “andını pozmadığına görə” mükafatlandıracağını vəd edib.
QAZİLER.AZ