Türkiyənin 26 vilayətində terror təşkilatı İŞİD-a qarşı keçirilən “Gürz-4” əməliyyatlarında 99 şübhəli saxlanılıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Türkiyə daxili İşlər naziri Əli Yerlikayanın sosial media hesabından verdiyi açıqlamaya görə, İstanbul, Ankara və İzmir də daxil olmaqla 26 vilayətdə terror təşkilatı İŞİD-a qarşı “Gürz-4” əməliyyatları həyata keçirilib.
Vilayət Təhlükəsizlik Müdirliyi tərəfindən Təhlükəsizlik Kəşfiyyat Baş İdarəsi və Terrorla Mübarizə Şöbəsinin koordinasiyasında təşkil edilən və 3 gün davam edən əməliyyatlarda 99 şübhəli ələ keçirilib.
Əməliyyatlarda iştirak edən polisləri təbrik edən Yerlikaya əməliyyatın görüntülərini də paylaşıb.
QAZİLER.AZ