Rusiya hərbçiləri Xarkov vilayətinin Derqaç şəhərində insanların olduğu avtobusa pilotsuz təyyarə ilə hücum edib. Altı yaralı var.
Qaziler.az RBC-Ukrayna-ya istinadən bildirir ki, bu barədə Xarkov hərbi administrasiyasının rəhbəri Oleq Sinegubov deyib.
“Saat 9:00 radələrində işğalçılar Darqaç icmasında insanların olduğu avtobusu dronla vurublar. Altı mülki şəxs yaralanıb, beş nəfərin vəziyyəti orta-ağır, bir nəfərin vəziyyəti ağırdır", - deyə o, bildirib.
Vilayət hərbi administrasiyasının rəhbərinin sözlərinə görə, həlak olanların hamısı tikinti işçiləridir.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və fövqəladə hallar xidməti fəaliyyət göstərir.
QAZİLER.AZ



