Əsir mübadiləsi zamanı azad edilən rusiyalıları daşıyan təyyarə Ankaradan Moskvanın Vnukovo hava limanına gəlib.
Qaziler.az bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Rusiya prezidenti Vladimir Putin onları qarşılamağa gəlib.
FTX səkkiz Rusiya vətəndaşının vətənlərinə qaytarıldığını bildirib. Onların arasında ABŞ-da həbsdə olan iş adamı Vladislav Klyuşin və Almaniyada ömürlük həbs cəzası çəkən kəşfiyyatçı Vadim Krasikov da var.
QAZİLER.AZ