Tarixi mübadilə həyata keçirən MİT personalına Hakan Fidandan TƏBRİK

Tarixi mübadilə həyata keçirən MİT personalına Hakan Fidandan TƏBRİK backend

Türkiyənin arici işlər naziri Hakan Fidan tarixi məhbus mübadiləsini uğurla həyata keçirən MİT əməkdaşlarını təbrik edib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Fidan: “Prezidentimizin vizyonu istiqamətində sülhsevər diplomatiyanın mərkəzi olmağa davam edəcək” deyib.

Xarici işlər naziri Hakan Fidan MİT-in koordinasiyası ilə Ankarada həyata keçirilən tarixi məhbus mübadiləsi ilə bağlı sosial media hesabından açıqlama verib.

Fidan, "Əməliyyatda iştirak edən Milli Kəşfiyyat Təşkilatı personalımızı ürəkdən təbrik edirəm" dedi.

Nazir Fidan qeyd edib ki, Türkiyə prezident Ərdoğanın vizyonuna uyğun olaraq sülh diplomatiyasının mərkəzi olmağa davam edəcək.

Xatırladaq ki, bu gün Ankarada Rusiya ilə ABŞ arasında məhbus mübadiləsi aparılıb. 

Mübadilə Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) vasitəçiliyi ilə baş tutur.

QAZİLER.AZ

Diaspora