Terror aktı törətməyə cəhd edən yeniyetmə həbs edilib. Dmitrienko Cəmil barəsində cinayət işi başlanıb.
Qaziler.az bildirir ki, bu barədə Qruziya-onlayn yazıb.
2024-cü ilin martında Abxaziya Dövlət Təhlükəsizlik Xidməti (Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş bölgəsi) regionda gözlənilən cinayət əməli barədə əməliyyat məlumatı əldə edib.
DSX əməkdaşlarının Suxum şəhərində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai təhlükəli üsulla cinayət törətmək niyyətində olan 6 saylı orta məktəbin şagirdi Dmitrienko Cəmil Aslanbekoviç tutulub.
Hadisələrin gedişi zamanı məlum olub ki, cinayət planını həyata keçirmək və lazımi bacarıqlara yiyələnmək üçün Dmitrienko D.A. “Telegram” sosial şəbəkəsi vasitəsilə təhsil müəssisələrinin ərazisində tələbə və müəllim heyətinə qarşı kütləvi qırğınlar törətməyi təbliğ edən ekstremist qrupa qoşulub.
Bu qrupun fəal iştirakçısı kimi Dmitrienko D.A. cinayət törətmək məqsədilə odlu silah, döyüş sursatı və partlayıcı maddələr almaq imkanları axtarmağa başlayıb.
DTX əməkdaşları əməliyyat tədbirləri zamanı cinayət törətmək cəhdinin qarşısını alıblar. Dmitrienko C.A. saxlanılıb.
QAZİLER.AZ