Türkiyənin İzmir şəhərində sosial şəbəkələrdə terror təşkilatlarının təbliğatını apardıqları üçün saxlanılan 7 şübhəlidən 1-i həbs edilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki. İzmir Respublika Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan araşdırmalar çərçivəsində sosial mediada FETÖ, İŞİD və Əl-Qaidə terror təşkilatları üçün təbliğat apardığı müəyyən edilən 11 şübhəli barəsində əməliyyat keçirilib.
Şübhəlilərdən 7-si polis və jandarma qrupları tərəfindən saxlanılıb, digərlərinin isə xaricdə olduğu müəyyən edilib.
Şübhəlilərdən biri Baş Prokurorluq tərəfindən sərbəst buraxılıb.
Digər şübhəlilərdən biri həbs olunarkən, 5-i məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
QAZİLER.AZ