Rusiyanın Omsk şəhərində avqustun 1-də neft emalı zavodunda güclü yanğın baş verib. Onun səbəbi hələlik məlum deyil.
Bu barədə RBC-Ukrayna Telegram 112 kanalına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, neft emalı zavodunda AVT-10 qurğusu yanır. Yanğının sahəsi 300 kvadratmetrdir.
Sosial şəbəkələrin yazdığına görə, Rusiya Fövqəladə Hallar Nazirliyi artıq “Neftyaniki (Omsk vilayəti) obyektində” yanğını təsdiqləyib. İdarədən əlavə edilib ki, yanğının söndürülməsinə müəssisənin və Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Hələlik yanğınla bağlı əlavə təfərrüatlar yoxdur.
QAZİLER.AZ