Rusiyada beşmərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı artıb

Rusiyada beşmərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı artıb backend

Rusiyanın Nijni Tagil şəhərində beşmərtəbəli yaşayış binasının uçması nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.

Qaziler.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında məlumat verilib.

"Nijni Tagildə Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dağıntılar altından daha bir nəfərin cəsədini çıxarıblar", - idarənin mətbuat xidməti bildirib.

Onlar əlavə ediblər ki, hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.

Daha əvvəl qazın partlaması və girişlərin uçması nəticəsində bir nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, avqustun 1-i səhər saatlarında Sibirskaya küçəsində beşmərtəbəli binada partlayış baş verib. Nəticədə binanın iki girişi uçub. Dağıntılar altında hələ də insanların olduğu bildirilir.

Şahidlərin bildirdiyinə görə, partlayışdan bir neçə dəqiqə əvvəl qonşu evdə qaz xidməti işçilərinin forması geyinmiş iki naməlum şəxs diqqət çəkib. Yerli sakinlər qeyd ediblər ki, mənzildən mənzilə gəzərək guya avadanlıqları yoxlayıblar və onlardan biri qaz borusunu vurub.

QAZİLER.AZ

 

Diaspora