İranın paytaxtı Tehranda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun öldürülmüş rəhbəri İsmayıl Haniyənin dəfn mərasimi keçirilir.
“Report” TASS-a istinadən xəbər verir ki, mərasimin təşkil olunduğu Tehran Universitetindən yayımı IRIB telekanalı həyata keçirir.
Mərasimdən əvvəl çıxış edən İran Məclisinin (parlament) sədri Məhəmməd Bağır Qalibaf iştirakçılara “Doğru vəd” əməliyyatını (aprelin 13-də İran raketləri və PUA-nın İsrail ərazisinə kütləvi hücumu) xatırladıb. O əmin edib ki, İranın vəzifəsi lazımi anda və lazımi yerdə reaksiya verməkdir.
Haniyənin ölümü ilə əlaqədar Tehranda genişmiqyaslı yürüşlər də gözlənilir. Bu səbəbdən İran paytaxtında yerli vaxtla saat 04:00-da nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edilib.
Qeyd edək ki, Haniyənin Tehranda öldürülməsi ilə əlaqədar İranda üçgünlük matəm elan edilib.