Başqırdıstanın paytaxtı.Ufa şəhərində xilasedicilər qrupu 200 kq ağırlığında olan xəstəni mənzildən çıxarıb. İyulun 31-də hadisə yerinə təcili tibbi yardım xidmətinin əməkdaşları çağırılıb.
Qaziler.az bildirir ki, bu barədə izvestiya xəbər verir.
İkinci mərtəbədəki mənzildə yaşayan qadın halı pisləşdiyinə görə həkimləri çağırsa da, onu təcili yardım maşınına qədər apara bilməyiblər.
Nəticədə həkimlər xilasediciləri köməyə çağırıblar. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. Altı mütəxəssis əvvəlcə xərəkdə olan şəxsi iki pilləkən aşağı endiriblər. Daha sonra xəstəni sağ-salamat təcili yardım maşınına yerləşdirərək xəstəxanaya çatdırıblar.
QAZİLER.AZ