Rusiya Xarici İşlər Nazirliyi: Bu, tamamilə qəbuledilməz siyasi sui-qəsddir

Rusiya Xarici İşlər Nazirliyi: Bu, tamamilə qəbuledilməz siyasi sui-qəsddir backend

Rusiya Xarici İşlər Nazirliyi HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı açıqlama verib: “Bu, qətiyyən qəbuledilməz siyasi sui-qəsddir və gərginliyin daha da artmasına səbəb olacaq”.

Qaziler.az bildirir ki, Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov  "RİA-Novosti" xəbər agentliyinə verdiyi açıqlamada HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda öldürülməsinə münasibət bildirib.

Sözügedən vəziyyətin çox pis olduğunu vurğulayan Boqdanov, "Bu, qətiyyən qəbuledilməz bir siyasi sui-qəsddir və gərginliyin daha da artmasına səbəb olacaq" dedi. 

HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyə Tehranda İranın yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etdiyi iqamətgahına hücum nəticəsində həyatını itirib.

HƏMAS Haniyənin qətlinin İsrail tərəfindən təşkil edildiyini bildirmişdi.

QAZİLER.AZ

Diaspora