İyulun 31-nə keçən gecə kamikadze pilotsuz təyyarənin hücumu nəticəsində Kiyev vilayətində yanğın baş verib. Fərdi yaşayış evi yanıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Kiyev vilayəti üzrə Dövlət Fövqəladə Hallar Xidmətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Yanğın Kiyev yaxınlığındakı Brovarı rayonuna düşmənin pilotsuz uçan aparatının dağıntılarının düşməsi nəticəsində baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) qeyd etdiyi kimi, fərdi yaşayış evi dağılıb, ardınca yanğın baş verib. Alov saat 04:14-də söndürülüb. Yanğın 60 kvadratmetr ərazini əhatə edib.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Yanğın səkkiz xilasedici və iki ədəd xüsusi texnika tərəfindən söndürülüb.
QAZİLER.AZ