Kobuleti bələdiyyəsinin Çaysubani kəndi yaxınlığında 45 yaşlı alman turist ilan sancması nəticəsində ölüb.
Qaziler.az bildirir ki, hadisə dünən, iyulun 29-da baş verib.
Çaysubani merinin nümayəndəsi Jumber Kurşubadzenin "Batumelebi"yə verdiyi məlumata görə, hadisə zamanı turist ailəsi ilə birlikdə Çaysubani meşəsində olub.
“Bu ilana dağ gürzəsi deyirlər, onu bizim dağlarımızda görüblər. Ətraf Mühitin Mühafizə Xidmətinin əməkdaşları fotonu görəndə bunun eyni ilan olduğunu bildiriblər.
Hadisə meşədə baş verdiyinə görə təcili yardım ona çata bilməyib və beləliklə, turist ölüb”, - Jumber Kurşubadze deyib.
Ondan əhalinin bu ilan növü haqqında nə dərəcədə məlumatlı olduğunu soruşduqda, Jumber Kurşubadze cavab verdi ki, həqiqətən də dağ gürzəsi bu bölgədə tapılır və onunla təmas təhlükəlidir.
“Fotolarda onun əlində ilan tutduğunu görüblər. Turist əlcək geyinib, lakin özünü qoruya bilməyib. Burada heç vaxt analoji hal olmayıb”, - Jumber Kurşubadze bildirib.
QAZİLER.AZ