İran prezidenti İsrailin tezliklə məhv ediləcəyini AÇIQLADI

İran prezidenti İsrailin tezliklə məhv ediləcəyini  AÇIQLADI backend

İran prezidenti Məsud Pezeşkian Tehranda Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüş keçirib və o, qrupun İsraillə münaqişəsinin sonuncunun “məhv edilməsi ilə yekunlaşacağına” əminliyini bildirib.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, siyasətçinin sözləri onun administrasiyasının saytında yer alıb.

Pezeşkiyanın sözlərinə görə, İran xalqı həmişə sionist İsrail rejiminin cinayətlərinə və təcavüzünə nifrət edib. O, Fələstin xalqının bu cinayətlərə qarşı müqavimətinin qürur mənbəyi olduğunu vurğulayıb.

"Biz əminik ki, bu mübarizə Fələstin xalqının yekun qələbəsi və Fələstin torpaqlarının azad edilməsi, həmçinin sionist rejimin məhvi ilə başa çatacaq", - İran prezidenti deyib.

QAZİLER.AZ

Diaspora