Rusiyada sərnişin qatarının qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 140-a çatıb - Video -Yenilənib

Rusiyada sərnişin qatarının qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 140-a çatıb - Video -Yenilənib backend

Rusiyada sərnişin qatarının qəzaya uğraması nəticəsində xəsarət alanların sayı artıb.

apa xəbər verir ki, Kazan-Adler sərnişin qatarının vaqonlarının relsdən çıxması nəticəsində xəsarət alanların sayı 140-a çatıb.

Xəsarət alanlardan 15-i xəstəxanaya yerləşdirilib, onlardan 3-ü uşaqdır.

 

***

14.45

Rusiyanın Volqoqrad vilayətində “Kazan-Adler” marşrutu üzrə hərəkət edən sərnişin qatarı relsdən çıxıb.

Apa-nın “mk.ru” istinadən xəbərinə görə, hadisə nəticəsində sərnişinlər arasında 20-dən yaralının olduğu bildirilib.

Onlar təcili yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb.

Şahidlərin dediyinə görə, hadisəyə səbəb “Kamaz” markalı avtomobilin sürücüsünün işıqforun qırmızı işığında hərəkətə davam edərək, qatarın yoluna çıxması olub.