Adanada meşə yanğınının söndürülməsi istiqamətində işlər davam edir

Adanada meşə yanğınının söndürülməsi istiqamətində işlər davam edir backend

Türkiyənin Adana bölgəsinin Kozan rayonunda baş verən meşə yanğınına qurudan və havadan müdaxilə edilir. Yanğında ölən və yaralanan olmasa da, 10 evin zərər gördüyü, bəzi evlərin təxliyə edildiyi öyrənilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, gecə saatlarında Köseli rayonunda meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.

Xəbərdarlıq üzərinə Meşə Region Müdirliyi qrupları və 326 personal, 5 helikopter, 2 söndürmə təyyarəsi, 29 su tankeri, 14 ilk müdaxilə maşını, 15 su təchizatı maşını, 16 su çəni və 8 iş maşını bölgəyə yönəldilib.

Qruplar yanğını nəzarət altına almaq üçün havadan və qurudan müdaxilə etməyə davam edir.

Küləyin təsiri ilə yayılan alov qrupların işini çətinləşdirib.

Vali Yavuz Səlim Köşger yanğında bəzi evlərin zərər gördüyünü bildirib.

Komandaların işlərinin davam etdiyini bildirən Köşger: "Meşə sahəsindən daha çox bir neçə yaşayış massivi və əkinçilik sahəsində problemli vəziyyət var. Dostlarımız hazırda bütün imkanları ilə müdaxilə edir. Şükür Allaha,  can itkisi yoxdur".

QAZİLER.AZ

 

Diaspora