Rusiya ilk dəfə olaraq qanadlı raketlərlə təchiz edilmiş üç sualtı qayığı eyni anda dənizə buraxıb.
Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk feysbukda bildirib.
“Düşmən ilk dəfə olaraq qanadlı raketlərin daşıyıcısı olan üç sualtı qayığı dənizə buraxdı. Əslində, bunların hamısı Azov-Qara dəniz regionunda mövcuddur. Bəzən Qara dəniz donanması sualtı donanma adlanır. İndi bu, doğrudur”, - deyə Pletençuk qeyd edib.
QAZİLER.AZ