Antalyada meşə yanğını nəzarətə götürülüb

Antalyada meşə yanğını nəzarətə götürülüb backend

Antalyanın Serik rayonundakı meşəlik ərazidə ötən gün baş verən yanğın nəzarətə götürülüb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, rayonun meşə sahəsində dünən baş verən yanğına müdaxilə gecə boyu davam etdi.

Səhər açılanda daha iki yanğınsöndürmə vertolyotu işə dəstək verməyə başlayıb.

Meşə Ümumi Müdirliyinə bağlı 2 gecəgörmə helikopteri, 70 su tankeri, 11 su təchizatı maşını, 5 iş maşını və çoxlu sayda yanğınsöndürən işçinin müdaxiləsi ilə yanğın nəzarət altına alınıb.

Yumaqlar rayonunda baş verən meşə yanğınına 8 təyyarə, 6 helikopter, 70 su tankeri, 11 su təchizatı maşını, 5 iş maşını və çoxlu sayda yanğınsöndürən işçi ilə müdaxilə edilib.

Antalya valisi Hulusi Şahin jurnalistlərə açıqlamasında uçan elektrik dirəyindən başladığı ehtimal edilən yanğının qismən nəzarət altına alındığını bildirib.

Qubernator Şahin qeyd edib ki, yanğın nəticəsində 30 ev boşaldılıb, təxminən 60 hektar ərazi zərər görüb.

QAZİLER.AZ

Diaspora