MİT İraqın şimalında keçirdiyi əməliyyatla Türkiyə Silahlı Qüvvələrinin əməliyyat bölgəsinə hücuma hazırlaşdığı müəyyən edilən PKK/KCK terrorçuları Vesile Duran və Dilan Öklü zərərsizləşdirib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Milli İstihbarat Təşkilatı (MİT) Türkiyə Silahlı Qüvvələrinin İraqdakı əməliyyat bölgəsinə hücum etməyə hazırlaşan PKK/KCK üzvləri "Ronahi Dilhvin" kod adlı Vesile Duran və "Arin Tolhildan" kodlu Dilan Öklü İraqın şimalında keçirdiyi nöqtə əməliyyatı ilə zərərsizləşdirib.
MİT, təşkilatın yüksək səviyyəli rəhbərlərinin terror cinayətlərinə görə axtarış qərarı olan terrorçular Vesile Duran və Dilan Öklü tərəfindən Türk Silahlı Qüvvələrinin Hakurkdakı əməliyyat bölgəsi ilə bağlı fəaliyyət təlimatlarını təşkilatın üzvlərinə çatdırdığını müəyyən edib.
Terrorçular Duran və Öklü MİT tərəfindən addım-addım izlənilməyə başlanıb. MİT hərəkət təlimatını çatdıran terrorçulara qarşı əməliyyat keçirməyə qərar verib.
Hakurkda hərəkət təlimatlarını çatdırmaq üçün görüş yerinə gələn terrorçular Vesile Duran və Dilan Öklü dəqiq əməliyyatla zərərsizləşdirilib.
QAZİLER.AZ