AK Partiya sözçüsü Çelikdən İsrail xarici işlər nazirinə sərt reaksiya

AK Partiya sözçüsü Çelikdən İsrail xarici işlər nazirinə  sərt reaksiya backend

AK Partiya sözçüsü Ömər Çelik İsrailin xarici işlər naziri İsrael Katza sərt reaksiya verib. Çelik: "Görünür, İsrail xarici işlər naziri Katz Hitlerin xarici işlər naziri Ribbentropu nümunə götürür" deyib.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, AK Partiya sözçüsü Ömər Çelik sosial media hesabındakı paylaşımında İsrail xarici işlər naziri Katza sərt reaksiya verib.

Çelik paylaşımında bu ifadələrdən istifadə edib:

"İsrailin xarici işlər naziri Katz bəşəri dəyərləri və sülhü müdafiə edən prezidentimizə qarşı işlətdiyi açıqlamalarla nəinki həddini aşdı, həm də onun tam nasist olduğunu ortaya qoydu. Prezidentimizə qarşı bu hücumlar insani dəyərlərə, vicdana, ləyaqətə düşmən olanların hücumlarıdır.

Görünür İsrailin xarici işlər naziri Katz Hitlerin xarici işlər naziri Ribbentropu örnək götürür.
Hitlerin xarici işlər naziri Ribbentrop "qəsdən müharibə aparmaq, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər planlaşdırmaq və sülhə qarşı cinayətlər törətməkdə" mühakimə olunub.

Katza xatırladırıq ki, Ribbentrop yaxşı nümunə deyil: “Onun bəşəriyyətə qarşı cinayətlər törətdiyi şəbəkə gec-tez mühakimə olunacaq...”

QAZİLER.AZ

Diaspora