Rusiyanın hücumundan sonra Nejində yaralıların sayı 15 nəfərə çatıb

Rusiyanın hücumundan sonra Nejində yaralıların sayı 15 nəfərə çatıb backend

İyulun 26-na keçən gecə Rusiya tərəfindən atəşə tutulan Nejində  xəsarət alanların sayı kəskin artaraq 15 nəfərə çatıb. Vurulan yataqxana hücumdan sonra yaşayış üçün yararsız hala düşüb.

Qaziler.az suspilne.media-ya istinadən yazır ki, bunu Nijin şəhərinin meri Aleksandr Kodola deyib.

Onun sözlərinə görə, 15 nəfərin hamısı dərhal Nijin şəhər xəstəxanasına çatdırılıb. Səhər saat 9:30-a olan məlumata görə, dörd nəfər xəstəxanada qalır.

"Hazırda hücumun nəticələrinin aradan qaldırılması ilə məşğuluq. Binanın özünə ciddi ziyan dəyib. Biz insanların köçürülməsi ilə məşğuluq. Yataqxanada pensiya yaşında olanlar yaşayırdı. Orada 24 mənzil var idi", - Kodola deyib.

QAZİLER.AZ

Diaspora