Türkiyə ədliyyə naziri Yılmaz Tunç Mersində terror təşkilatı liderinin lehinə şüarlar səsləndirən 10 şübhəlinin istintaqda həbs olunduğunu açıqlayıb.
QAZİLER.AZ bildirir ki, bu barədə TRT-Haber məlumat verib.
Bu barədə Türkiyə ədliyyə naziri Tunç sosial media hesabında yazıb. O, verdiyi açıqlamada Mersin Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Mersində terror təşkilatı liderinin lehinə şüarlar səsləndirən 10 şübhəlinin nəzarətə alındığını, onlar haqqında məhkəmə tərəfindən həbs qərarının çıxarıldığını bildirib.
Nazir Tunç açıqlamasında "Milli birliyimizi və həmrəyliyimizi hədəf alan hər hansı təşəbbüsə əsla icazə verilməyəcək" deyib.
QAZİLER.AZ