Rusiyada tank içərisində 73 yaşlı təqaüdçünün olduğu “Niva”nı əzib

Rusiyada tank içərisində 73 yaşlı təqaüdçünün olduğu “Niva”nı əzib backend

Rusiyanın Belqorod vilayətinin Berezovka kəndində tank içərisində 73 yaşlı təqaüdçü olan “Niva” markalı avtomobilin üstündən keçib.

Qaziler.az bildirir ki, bu barədə Baza Telegram-da yazır.

Məlumata əlavə edilən videodan məlum olur ki, zirehli maşın sürücünün oturacağı ilə birlikdə maşının ön hissəsini əzib. Nəşrin məlumatına görə, rusiyalını xilas etmək mümkün olmayıb.

Tankı idarə edənin kimliyi və qəzanın səbəbləri açıqlanmayıb. Regional hakimiyyət orqanları və rəsmi idarələr hələlik hadisə ilə bağlı şərh verməyiblər.

QAZİLER.AZ

Diaspora