Ukraynanın Odessa vilayətində sərhədçilər mikroavtobusla Moldova ilə sərhədi qanunsuz keçməyə cəhd edən 15 nəfərdən ibarət qrupu saxlayıblar.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Dövlət Sərhəd Xidmətinə istinadən məlumat yayıb.
“Kişilərin hər biri 22 yaşlı “daşıyıcı”nın xidmətinə görə 4 min dollardan 10 min dollara qədər pul ödəyib, o, onları köhnəlmiş mikroavtobusa doldurub. Lakin sürücü onları Moldovaya çatdıracağı ilə bağlı verdiyi sözün üstündə dura bilməyib. Çünki yolda sərhədçilər tərəfindən qarşılanıb”, - məlumatda deyilir.
Dövlət Sərhəd Xidmətindən bildirilib ki, qanun pozucularına qarşı inzibati protokollar tərtib edilib, sürücü barəsində isə cinayət işi başlanıb. İş artıq məhkəməyə göndərilib.
QAZİLER.AZ