Qazaxıstanlı məzun 45 xarici universitetdən dəvət alıb

Qazaxıstanlı məzun 45 xarici universitetdən dəvət alıb backend

Qazaxıstanın Türküstan şəhərindəki məktəblərdən birinin məzunu Damir Ayupov 45 xarici universitetdən dəvət alıb.

Qaziler.az Kazinform-a istinadən xəbər verir ki, o, ABŞ, İsveçrə, Almaniya, İspaniya, Malayziya, Şotlandiyada istənilən universitetdə tələbə ola bilər.

Türküstan şəhər 15 nömrəli tam orta məktəbin məzunu Damir Ayupov Vahid Milli Test imtahanında 133 bal toplayıb.

"Məktəbdə coğrafiyaya, riyaziyyata, ingiliscəyə çox fikir verirdim. İT sənayesini seçmək planım var idi. Ancaq 11-ci sinifdə planımı dəyişdim və peşman deyiləm. İndi mən biznes istiqamətini seçmişəm”, – Damir Ayupov deyir.

Məzun Çexiyanın Praqa şəhərini seçib. Onun sözlərinə görə, o, Çexiya ölkəsində təhsil almaq üçün bir ilini bu ölkənin dilini öyrənməyə sərf edəcək.

"3 il xaricdə oxuyacam, 1 ildən sonra bu ölkənin dilini öyrənəcəm. Məni universitetlərdən 2,5 milyon təngə təqaüdlə dəvət etmişdilər, amma arzum Avropadır”, - deyə Damir Ayupov deyir.

QAZİLER.AZ

Diaspora