Peskov niqab qadağasından danışdı: “Müsəlmanlar arasında böyümüşəm”

Peskov niqab qadağasından danışdı: “Müsəlmanlar arasında böyümüşəm” backend

Kremlin sözçüsü Dmitri Peskov Moskva yaxınlığındakı Senejdə keçirilən Yeni Media Festivalında deyib ki, bəzi ənənələr öz yerini təhlükəsizlik maraqlarına verməlidir.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, o bu cür ənənələrə niqab taxmağın da daxil olduğunu qeyd edib.

“Mən müsəlmanlar arasında böyümüşəm. Mən bu baxımdan super tolerant insanam. Amma biz elə bir dövrdə yaşayırıq ki, təhlükəsizliyin təmin edilməsi zərurəti ilə bağlı vəziyyətlər yaranır. Təbii ki, bu vəziyyətlərdə üzləri örtülü insanlar hüquq-mühafizə orqanlarının qarşısında duran vəzifələrə ziddir”, - Peskov vurğulayıb.

Rusiya prezidentinin mətbuat katibi əlavə edib ki, təhlükəsizlik məsələləri ilə bağlı vəziyyətə hörmətlə yanaşmaq lazımdır. O vurğulayıb ki, bu, müsəlmanlara da aiddir.

QAZİLER.AZ

Diaspora