ABŞ-dəki prezident seçkisində respublikaçılar qalib gəlsə Ukraynada müharibə tez bitəcək - Kobaxidze

ABŞ-dəki prezident seçkisində respublikaçılar qalib gəlsə Ukraynada müharibə tez bitəcək - Kobaxidze backend

Gürcüstanın Baş naziri İrakli Kobaxidze  gələn ildən başlayaraq ABŞ ilə münasibətlərin yaxşılaşacağına ümid edir.

Qaziler.az bildirir ki, bu barədə "Qruziya onlayn" yazır.

Bundan əlavə, Kobaxidze deyir ki, münasibətlərin apriori yaxşılaşması respublikaçıların ABŞ prezident seçkilərində qələbəsindən asılı deyil, Ukraynada müharibənin bitməsindən asılıdır. Kobaxidzenin fikrincə, respublikaçılar qalib gəlsə, Ukraynada müharibə daha tez bitəcək.

“Ukraynadakı müharibənin maksimum bir ilə bitəcəyini gözləyirik. Respublikaçılar qalib gəlsə, müharibənin yanvarda bitəcəyini düşünürük. Müharibə bitən kimi, regionda vəziyyət sakitləşən kimi, Gürcüstana münasibət dərhal dəyişəcək; Yəni bizim ümidlərimiz və nikbinliyimiz “respublikaçılar”ın qələbəsinə əsaslanan apriori deyil.

Demokratlar qalib gəlsə, yəqin ki, müharibə bir ildən sonra bitəcək, əgər Respublikaçılar qalib gəlsə, yəqin ki, altı aya bitəcək. Hər iki halda müharibə bitəndə regionda vəziyyət sakitləşəcək və Gürcüstana münasibət dəyişəcək”, - Kobaxidze bildirib.

Onun sözlərinə görə, maksimum bir ildən, hətta bəlkə də 6 aydan sonra ABŞ-la münasibətlərə əhəmiyyətli və keyfiyyətcə yenidən baxılacaq.

QAZİLER.AZ

Diaspora