İlin sonuna qədər Ukraynaya 500 min mərmi göndəriləcək - Çexiyanın baş naziri

İlin sonuna qədər Ukraynaya 500 min mərmi göndəriləcək - Çexiyanın baş naziri backend

Çexiya öz təşəbbüsü çərçivəsində 2024-cü ilin sonuna qədər Ukraynaya təxminən 500 min sursat tədarük edəcək.

Qaziler.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu Çexiyanın baş naziri Petr Fiala bildirib.

“Təslimatlar qarşıdakı aylarda proqnozlaşdırılan sürətlə davam edəcək, ilin sonuna qədər Ukrayna ordusuna təxminən 500 min ədəd 155 mm-lik döyüş sursatı çatdırılacaq”, - o bildirib.

Eyni zamanda, Baş nazir əmin edib ki, bununla paralel olaraq, Çexiya artıq hər il yüz minlərlə iriçaplı digər növ sursat tədarük edir.

QAZİLER.AZ

Diaspora