Rusiyada təyyarənin göyərtəsində çantasını itirən məktəbli sərnişinləri təyyarə enişindən dərhal sonra polisi gözləməyə məcbur edib.
Qaziler.az bildirir ki, bu barədə 78.ru məlumat yayıb.
Hadisənin Moskvadan Sankt-Peterburqa gedən təyyarənin göyərtəsində baş verdiyi dəqiqləşir. Sərnişin giley-güzar edib ki, üst baqaj rəfinə qoyduğu çantası uçuş zamanı yoxa çıxıb. O, bunun oğurlanmış ola biləcəyini ehtimal edib.
Nəticədə təyyarəni tərk edən sərnişinlər onları Pulkovo hava limanına aparmalı olan avtobuslarda polisi gözləməli olublar.
QAZİLER.AZ