İyulun 24-nə keçən gecə Rusiya qoşunları Odessa vilayətinin İzmail şəhərinə pilotsuz təyyarələrlə hücum edib. Limana ziyan dəyib, evə dəyən zərbə nəticəsində yaralananlar var.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Odessa Vilayət Administrasiyasının rəhbəri Oleq Kiperin Telegram-na, İzmail Regional Dövlət Administrasiyasına istinadən məlumat yayıb.
Belə ki, işğalçılar kamikadze “shahed” pilotsuz uçuş aparatları ilə kütləvi hücuma keçib, nəticədə İzmaildə yerləşən liman infrastrukturu zədələnib.
“Gecə hücumu nəticəsində İzmail şəhərində beşmərtəbəli yaşayış binası vurulub. Ölən olmayıb. Təəssüf ki, xəsarət alanlar var – üç nəfər xəstəxanaya yerləşdirilib”, - deyə məlumatda bildirilir.
QAZİLER.AZ