Ukrayna öz raketlərindən istifadə etmək ehtimalına yaxınlaşır - Zelenski

Ukrayna öz raketlərindən istifadə etmək ehtimalına yaxınlaşır - Zelenski backend

Ukrayna gələcəkdə öz raketlərindən istifadə etməyi planlaşdırır. Ölkənin raket proqramı yaxşı dinamikaya malikdir.

Bu barədə RBC-Ukrayna Ukrayna prezidenti Vladimir Zelenskinin axşam müraciətinə istinadən məlumat yayıb.

"Raket proqramımızın yaxşı dinamikası var. Bu, çətin məsələ olsa da, biz tədricən öz raketlərimizdən istifadə etmək qabiliyyətinə yaxınlaşırıq. Biz yalnız tərəfdaşlar tərəfindən təchiz edilmiş raketlərə arxalanmamağı nəzərdə tuturuq", - Zelenski qeyd edib.

Onun sözlərinə görə, zaman keçdikcə Ukrayna müdafiə məsələsində mümkün qədər müstəqil olmalıdır, çünki belə dövlətlərin “səmərəli müttəfiqlər tapmaq və öz maraqlarını həyata keçirmək həmişə asandır”.

QAZİLER.AZ

Diaspora