Ukraynada məktəblər müharibə şəraitinə uyğunlaşdırılır

Ukraynada məktəblər müharibə şəraitinə uyğunlaşdırılır backend

Ukraynada məktəblərə dərs ilinin müddətini müstəqil müəyyən etməyə icazə verilib. Amma bayramlarla bağlı bir şərt var.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Təhsil və Elm Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Təhsil və Elm Nazirliyi xatırladıb ki, Nazirlər Kabinetinin qərarına əsasən, Ukraynada tədris ili 2024-cü il sentyabrın 2-də başlayacaq və 2025-ci il iyunun 30-dək davam edəcək.

Eyni zamanda, idarədən qeyd olunduğu kimi, tədris ilinin bu müddəti çərçivəsində konkret məktəbin pedaqoji şurası tədris ilinin strukturunu və müddətini, həftəni, dərs gününü, məşğələləri, onlar arasında istirahət, və tədris prosesinin təşkili formasını özləri müəyyən edəcək.

“Təhsil müəssisələrində tətillərin müddəti 30 təqvim günündən az ola bilməz”, - nazirlik vurğulayıb.

QAZİLER.AZ

Diaspora